Multimodal daşımalar
«OneBox Logistics» Azərbaycan, Türkiyə, İran və bütün MDB boyu yüklər – ümumi, konteyner və layihə yüklərinin multimodal daşınmalarını həyata keçirir.
İMKANLARIMIZ
- Müxtəlif nəqliyyat növlərindən istifadə edirik: dəmiryol, dəniz (bərələr də daxil olmaqla), avtomobil və hava;
- Hərəkət tərkibinin lazımi yüklənmə stansiyasına verilməsini təmin edirik;
- “OneBox Logistics” şəxsi hesablarından dəmiryol tarifini ödəyirik;
- Zəruri sənədlərin tez rəsmiləşdirilməsi.
«ONEBOX LOGİSTİCS» ŞİRKƏTİ BİR NEÇƏ MULTİMODAL SXEMDƏN İSTİFADƏ ETMƏKLƏ MÜXTƏLİF YÜKLƏRİN DAŞINMASININ TƏŞKİLİNDƏ ZƏNGİN TƏCRÜBƏYƏ MALİKDİR:
- Azərbaycan sərhədindən ixrac-idxal daşımaları
- Azərbaycan və MDB ölkələrinin ərazisindən keçməklə tranzit daşımaları
- Dəmir yolu ilə İrana yük daşımaları və İran Astarasında boşaldıb yükləmə və anbar prosedurları üzrə tam imkanlar spektri, eləcə də İran ərazisindən keçməklə tranzit multimodal daşımalar
- Bakı-Tiflis-Qars dəmiryol xətti ilə və Gürcüstanın Batumi və Poti limanlarından keçməklə dəniz yolu ilə Türkiyə və Avropaya yük daşımaları.
- Cənubi Qafqaz ölkələrinin və Orta Asiya (Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan, Tacikistan) dəmir yolları ilə yük daşımaları.
- Azərbaycan, MDB ölkələri və İran arasında Xəzər dənizi limanları vasitəsilə multimodal daşımaların təşkil olunması.
- Bir nəqliyyat növündən boşaldılıb digərinə yükləmənin asanlığı və yükün yüksək saxlanma təhlükəsizliyi səviyyəsi səbəbindən yüklərin multimodal konteyner daşımaları getdikcə daha çox populyarlıq qazanmaqdadır.
Bizim tərəfdaş və podratçılarımız – yerli d/y daşıyıcıları, intermodal operatorlar, ən mühüm nəqliyyat məntəqələrində (distribusiya mərkəzləri, sərhəd keçidləri və/və ya onların bilavasitə yaxınlığında) yerləşən logistika terminallarının sahibləri və operatorlarıdır.
«ONEBOX LOGİSTİCS» İLƏ İŞİN ÜSTÜNLÜKLƏRİ
- yük daşımasının bütün mərhələləri nəzərə alınmaqla optimal marşrut və nəqliyyat növünün seçilməsi
- bütün daşımaya birbaşa tarif
- Azərbaycan, MDB ölkələri, Türkiyə, İran və s. ərazisində daşımalar
- yerli podratçılarla iş xüsusiyyətlərini bilmə
- yükün olduğu yer və vəziyyəti haqqında aktual informasiya
- bu regionda çoxillik multimodal daşıma təcrübəsi