1PL, 2PL, 3PL, 4PL və 5PL nədir? Necə fərqlənirlər?
Logistika provayderləri logistika xidmətləri göstərən, xüsusi əməliyyatlar və ya mürəkkəb logistik funksiyaları yerinə yetirən, həmçinin müştərinin (müəssisənin) təchizat zəncirinin idarə edilməsini həyata keçirən kommersiya firmalarıdır.
Logistika provayderi anlayışı insorsinq(daxildən təminat), autsorsinq(xaricdən təminat), inteqrasiya olunmuş logistika və şəbəkə logistika əməliyyatları olaraq sinifləndirilə bilər
Şirkətlər mallarının vaxtında çatdırılmasına zəmanət qazanmaq üçün logistika şirkətləri ilə əməkdaşlıq edirlər. Logistika tərəfdaşları hər biri müxtəlif dərəcəli təchizat zəncirinə kömək edən beş qrupa bölünür: 1PL, 2PL, 3PL, 4PL və 5PL
1-ci Parti Logistika
1PL və ya birinci tərəf logistikası olan firma öz logistik əməliyyatlarını idarə edir. Şirkət xammalın alınmasından tutmuş son məhsulların müştərilərə çatdırılmasına qədər hər şeyə nəzarət edir.
Kiçik müəssisələr və ya məhdud əməliyyatları olan və öz logistik ehtiyaclarını avtonom şəkildə idarə edə bilən startaplar 1PL-ni seçirlər. Digər tərəfdən, daha böyük firmalar, öz anbarlarını və ya nəqliyyat parklarını saxlamaq kimi xüsusi fəaliyyətlər üçün 1PL-dən istifadə edə bilərlər.
İstehsalçılar, topdansatışçılar və pərakəndə satıcılar öz logistik prosedurlarını idarə edən 1PL-lərə misaldır.
2-ci Parti Logistika
İkinci tərəf logistikası və ya 2PL, əməkdaşlıq etdiyi şirkətlərə nəqliyyat xidmətləri təklif edən bir logistika firmasıdır. Bu, təyyarələrin, yük maşınlarının və ya gəmilərin sahibi və ya onları idarə edən bir şirkət ola bilər. Bu şirkətlər mallara sahib deyillər; onların yeganə öhdəliyi yükləri bir yerdən digər yerə daşımaqdır. Daxili logistika sistemləri çox güclü olmayan şirkətlər əksər hallarda 2PL provayderlərin işindən yararlanırlar.
2PL provayderi adətən aşağıdakı vəzifələrə cavabdehdir:
- Məhsulların yüklənməsi və boşaldılması
2PL təchizatçı daşınmalı məhsullarını anbardan götürməli və müştərilərin gözləntilərinə uyğun olaraq nəqliyyat vasitələrinə yükləməlidir.
- Daşınan məhsulların yüklənmə sənədi göstərilməli
Yük maşını heç vaxt yükün necə daşınacağını göstərən yol qaiməsi olmadan yüklənməməli və ya obyekti tərk etməməlidir. Yol qaiməsi, nəqliyyat vasitəsində nə olduğunu, malların hara daşındığını və tranzit zamanı onlarla necə davranmalı olduğunu müəyyən edən qanuni qüvvəyə malik müqavilədir.
- Sənədlər toplanması
2PL təchizatçısı həmçinin bütün göndərmə sənədlərinin toplanması və yükgöndərənə təqdim olunması üçün məsuliyyət daşıyır. Yoxlama və ya gömrük sənədləri, hesab-fakturalar və ya geri qaytarılan yüklər buna misaldır.
3-cü Parti Logistika
Üçüncü tərəf logistika firması və ya 3PL, bir çox təşkilatlara tədarük zəncirinin idarəsi xidmətini göstərir. 3PL-lər logistika əməliyyatlarını özləri idarə etmək istəməyən şirkətləri göndərmə, anbar və paylama xidmətləriylə təmin edir. 3PL-lər biznes əlaqələri, təcrübəsi və bacarıqları sayəsində müştərilərinə yüksək səviyyəli xidmət göstərirlər.
Üçüncü tərəf logistika (3PL) təminatçısı həm də əməliyyatları icra edən və anbar təminatçısı kimi tanınır. 3PL xidmət təminatçıları sifariş yerinə yetirən firmalarla eyni xidmətləri təqdim edir:
- Anbar
- İnventarın idarə edilməsi
- Seçmə və qablaşdırma
- Göndərmə və qəbul etmə
Bəzi 3PL şirkətləri də aşağıdakı əlavə xidmətləri də təqdim edir:
- FTL və LTL yük daşımaları
- Kitting (Dəstləmə)
- Ekspeditorluq
- Əks logistika (qaytarmalar)
4-cü Parti Logistika
4PL logistikada yeni bir konsepsiyadır. Planlaşdırmadan icraya qədər tam və inteqrasiya olunmuş logistik həllər təmin edən şirkətlər belə adlandırılır.
4PL provayderləri müştərilərin logistik tələblərini və məqsədlərini tam başa düşmək üçün onlarla geniş əməkdaşlıq əlaqələri qururlar. Əməliyyatları sadələşdirmək, xərclərə qənaət etmək və tədarük zəncirini inkişaf etdirmək üçün həllər tapır və tətbiq edirlər. 4PL provayderi ilə işləməyin üstünlüyü ondan ibarətdir ki, o, bütün logistik əməliyyatlar üçün vahid əlaqə nöqtəsini təmin edən inteqrator kimi fəaliyyət göstərir, müəssisələr üçün logistika idarəetməsini sadələşdirir və təchizat zəncirinin hərtərəfli perspektivini təqdim edir.
4PL xidmət təminatçısından istifadə etməyin üç əsas səbəbi bunlardır:
- Həll yönümlü yanaşma
- Satıcı administrasiyası
- İT-yə əsaslanan təchizat zənciri
5-ci Parti Logistika
5PL ən yeni və inkişaf edən logistika konsepsiyasıdır. 5PL provayderi kommersiya təşkilatlarına 4PL-nin bütün üstünlüklərini, eləcə də konsaltinq kimi əlavə xidmətləri özündə birləşdirən strateji logistika həlli təklif edən firmadır. Onlar tamamilə muxtar, özünü optimallaşdıran sistem yaratmaq üçün süni intellekt (AI), böyük məlumat analitikası və Əşyaların İnterneti (IoT) kimi müasir texnologiyalardan istifadə edərək mühəndislik və qabaqcıl yeni axın avtomatlaşdırma sistemlərində təcrübəyə malik inteqrator kimi xidmət edirlər. 5PL müştərinin logistik həllərini inkişaf etdirəcək, təşkil edəcək və həyata keçirəcək, onları təchizat zəncirinin idarə edilməsinin bütün aspektlərindən azad edəcək. Onlar firmanin təchizat zəncirindəki hər bir elementə cavabdehdirlər.
5 PL konsepsiyası hələ ilkin mərhələdədir, lakin onların göstərdiyi xidmətlərə aşağıdakılar daxildir:
- Bir neçə 3 PL-nin idarə edilməsi üçün vahid əlaqə nöqtəsinin təmin edilməsi
- Bir çox region və ya ölkədə logistik fəaliyyətlərin əlaqələndirilməsi
- Təchizat zənciri strategiyalarının hazırlanması və həyata keçirilməsi
- Təchizat zənciri analitikasının və biznes zəkasının təmin edilməsi
- Təchizatçı əlaqələri və satınalma fəaliyyətlərini idarə etmək
Beləki, 1PL-dən 5PL logistikasına keçid əməkdaşlıq və texnologiyaya əsaslanan müştəri mərkəzli təchizat zəncirinin idarə edilməsində baş verən dəyişiklikləri göstərir. 5PL təchizatçıları əməliyyatları, qərar qəbul etməyi təkmilləşdirmək və rəqabət üstünlüyü yaratmaq üçün məlumatlardan və mürəkkəb texnologiyadan istifadə edən hərtərəfli həllər təqdim edirlər. Bu transformasiya təşkilatlara təchizat zəncirini sadələşdirmək, səmərəliliyi artırmaq və kompleks qlobal bazarın ehtiyaclarını ödəmək üçün müxtəlif alternativlər təqdim edir.